Şahmatçıların yeni dünya reytinqi
Şahmatçımız Teymur Rəcəbov FIDE reytinqinin ilk onluğunda yerini qoruyub.
Sportline.az xəbər verir ki, o, aprel ayı üçün açıqlanan siyahıda 10-cu pillədə qərarlaşıb.
Rəcəbovun aktivində 2747 xal var. Digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov bir pillə geriləyərək, 2738 xalla 16-cı yerdə yer alır.
Digər kişi şahmatçılarımız Qədir Hüseynov 79-cu (2661), Rauf Məmmədov isə 98-ci (2646) pillədədi.
Reytinqə yenə norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Liren Dinq (2788) üçüncüdü.
Qadın şahmatçılarımızın isə reytinqdə mövqeləri belədi: Günay Məmmədzadə - 23 (2449 xal), Ülviyyə Fətəliyeva - 52 (2401), Gövhər Beydullayeva – 71 (2375), Gülnar Məmmədova – 96 (2349).
Qadınların reytinqinə çinli Hou İfan (2628 xal) başçılıq edir.