Şeşkonun sərbəst qalma məbləği bəlli olub

"Leipziq" sloveniyalı futbolçusu Benjamin Şeşkonun sərbəst qalma məbləğini açıqlayıb.

Sportline.az "Sky Sports De" nəşrinə istinadən xəbər verir ki, Almaniya klubu Şeşko üçün 80 milyon avro tələb edir.

21 yaşlı futbolçunun "Leipziq"lə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Şeşko bu mövsüm çıxış etdiyi 43 matçda rəqib qapılarından 21 top keçirib.