Şeşkonun transfer qiyməti açıqlanıb

"Leipziq" sloveniyalı futbolçusu Benjamin Şeşkonun transfer qiymətini açıqlayıb.

Sportline.az jurnalist Filipp Hinzenin məlumatına istinadən xəbər verir ki, "Leipziq" Şeşko üçün 90 milyon avro tələb edir.

21 yaşlı futbolçunun klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Şeşko cari mövsüm çıxış etdiyi 43 matçda 21 qol 6 asist müəllifi olub.