Şeydayev "Trabzonspor"da ilk qolunu vurdu
Mövsümlərarası fasilədə "Trabzonspor"a keçən Azərbaycan əsilli futbolçu Ramil Şeydayev yeni komandasında qol hesabını açıb. SportLine.az xəbər verir ki, Şeydayevin ilk qolu Qara dəniz təmsilçisinin Macarıstan toplanışına təsadüf edib.
Yoxlama oyununda Avstriyanın aşağı liqa təmsilçisi "Qerasdorf"la qarşılaşan trabzonlular böyük hesablı qələbəyə seviniblər - 6:1.
Ramil Şeydayev 90 dəqiqə meydanda olub və komandasının sonuncu qoluna imza atıb.