Şotlandiya – Danimarka: C qrupunun lideri kim olacaq?

2026-cı il Dünya Çempionatının seçmə mərhələsinə bu gün keçiriləcək 10 oyunla yekun vurulacaq.

Sportline.az xəbər verir ki, Şotlandiya millisi “Hampden Park”da Danimarka ilə üz-üzə gələcək. Bu oyun C qrupunun liderinin kim olacağını müəyyən edəcək. İlk 5 turda 11 xal toplayan Danimarka qrupa başçılıq edir. Şotlandiya isə 10 xalla 2-ci pillədə yer alır.

Heyətlərə nəzər saldıqda meydan sahiblərində Bill Gilmor, Lennon Miller və Ross Makkorie zədəlidir.

Brian Riemmerin komandasında isə Yoakim Anderson, Rasmus Höylund və Yussuf Poulsen iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, start fiti 23:45-də səslənəcək görüşü polşalı Şimon Marçinyak idarə edəcək.