Şumaxer karyerasını “IndyCar”da davam etdirə bilər

Formula 1 üzrə 7 qat dünya çempionu Mixail Şumaxerin oğlu Mik Şumaxer karyerasını “IndyCar”da davam etdirə bilər.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, “Prema” komandası Mik Şumaxeri gələn mövsümə namizədlərdən biri kimi nəzərdən keçirir.

“Prema” komandası 2025-ci ildən başlayaraq tam cədvəl üçün “IndyCar”da 2 pilotla çıxış edəcək.

Qeyd edək ki, Şumaxer bu mövsüm Dünya Çempionatında mübarizə aparan “Mercedes” komandasının ehtiyat pilotudur.