Simakan İstanbul nəhənginə keçə bilər
“Əl-Nəsr”in fransalı futbolçusu Mohamed Simakan “Qalatasaray”a keçə bilər.
Sportline.az “Takvim” qəzetinə istinadən xəbər verir ki, Simakanın meneceri oyunçunu “Qalatasaray”a təklif edib.
25 yaşlı futbolçunun dəyəri 23 milyon avrodur.
Qeyd edək ki, Simakan bu mövsüm meydana çıxdığı 41 matçda 1 qol 3 asistlə yadda qalıb.