"Sivasspor"un gənc futbolçusu İngiltərə Prmyer liqasında çıxış edəcək

"Sivasspor"un gənc futbolçusu Yunus Emre Konak İngiltərənin "Brentford" klubuna keçəcək. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə klubunun dayaq yarımmüdafiəçisi 3,5 milyon avro qarşılığında "Brentford"a transfer olunacaq. Tərəflər arasında razılıq əldə olunduğu bildirilib.

Yunus Emre Konakın İngiltərə klubuna keçidi yanvar ayının 11-də gerçəkləşəcək. 

Qeyd edək ki, Yunus Emre Konak "Sivasspor" formasıyla çıxdığı 17 oyunda 1 asistlə yadda qalıb.