"Southempton"dan "Atalanta"ya keçə bilər
"Atalanta" "Southempton"un 23 yaşlı futbolçusu Kamaldeen Sulemana üçün 17 milyon avro təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Qanalı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Sulemana bu mövsüm çıxış etdiyi 30 matçda 2 qol 3 asistlə yadda qalıb.