Stolüstü tennis üzrə ölkə kuboku yarışı keçirilir
“Şüa” İdman Kompleksində stolüstü tennis üzrə ölkə kubokuna start verilib.
Sportline.az xəbər verir ki, açılış mərasimində iştirakçıları salamlayan ASTF-nin vitse-prezidenti Elmar İslam, AGİN-in sektor müdiri Sarvan Nağıyev onlara uğurlar arzulayıb. Azərbaycan Respublikası Gənclər və ldman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda paytaxt idmançıları ilə yanaşı ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəblərinin tennisçiləri mübarizə aparırlar. 4 gün davam edəcək yarışın təşkilində əsas məqsəd ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir.
Qeyd edək ki, noyabrın 19-da yekun vurulacaq yarışın qalibləri AGİN-nin diplomları va ASTF-nin qiymətli hədiyyələri ilə təltif olunacaqlar.