Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə uğurla çıxış edirlər

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turniri davam edir.

Sportline.az xəbər verir ki, bu gün 11 yaşadək tennisçilərin yarışında qüvvəsini sınayan Yağmur Məmmədlinin startı uğurlu alınıb. Keçirdiyi iki qarşılaşmadan qalib ayrılan tennisçi sabah mükafatlar uğrunda görüşlərdə etimadı doğrultmağa çalışacaq.

Bu gün 15 yaşadək idmançıların turnirinə qatılan Mərziyyə Nurmətova da qrup mərhələsini inamla adlayaraq 1/16 finala vəsiqə qazanıb. O, sabah mübarizəni davam etdirəcək.

Qeyd edək ki, sözügedən yarışda 18 ölkənin idmançıları bacarıqlarını göstərirlər.