Su İdmanı Sarayının gimnastlarından beynəlxalq turnirdə yüksək nəticə

Moldovanın Kişinyov şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Sportline.az xəbər verir ki, bu turnirdə ölkəmizi təmsil edən Su İdmanı Sarayının gimnastika komandası yüksək nəticə əldə edib. Elissa Əliyeva, Banu Əliyeva, Mədinə Ağaverdiyeva, Məryəm Quliyeva, Əminə Sadıxova, Aynel Məmmədli, Melis Soltanova, Laya Axundzadə qızıl medal qazanıb. Məleykə Bayramova və Sedef Koçyiğit isə gümüş medal əldə edib.

Qeyd edək ki, bundan əvvəl  bədii gimnastika üzrə Bakı birinciliyində Su İdmanı Sarayının gimnastika komandası 2 qızıl və 1 gümüş medal əldə edib.