Suaresdən şad xəbər

Dizindən zədə almış “Barselona”nın hücumçusu Luis Suares tam sağalıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Həkimlər heyəti 33 yaşlı uruqvaylı futbolçunun iyunun 13-də La Liqada “Malyorka” ilə matçda oynaya biləcəyinə icazə verib.

Xatırladaq ki, bu ilin yanvarında Suares dizindən əməliyyat edilmişdi.