“Sumqayıt” “Neftçi” oyunu sülhlə başa çatdı

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

Sportline.az xəbər verir ki, sonuncu matçda "Neftçi" "Sumqayıt"ın qonağı olub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş heç-heçə nəticələnib - 2:2.

Meydan sahiblərindən Bobir Abdixolikov (21-ci dəqiqə) və Ronaldo Vaskez (52-ci dəqiqə) fərqlənib. "Neftçi"nin qollarını isə Bassala Sambu (60-cı dəqiqə) və Andrey Ştoqrin (87-ci dəqiqə) rəqib qapısından keçirib.

Bu nəticədən sonra Sumqayıt klubu 30 xalla 8-ci yerdə qərarlaşıb. Xallarının sayını 36-ya yüksəldən “Neftçi” isə altıncı pillədə yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.