“Neftçi" "Zirə"ni məğlub etdi, "Sumqayıt" "Turan Tovuz"la bərabərə qaldı
Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turun daha iki oyunu baş tutacaq.
Sportline.az xəbər verir ki, ikinci oyun günündə meydana öncə "Sumqayıt" və "Turan Tovuz" komandaları çıxacaq.
Sumqayıtda keçiriləcək görüşə 15:30-da start veriləcək.
"Neftçi" isə "Zirə"ni qəbul edəcək. Həmin qarşılaşma isə 18:00-da keçiriləcək.
15:30 "Sumqayıt" - "Turan Tovuz"
Sumqayıt, Mehti Hüseynzadə stadionu
Baş hakim: Rauf Cabarov
18:00 "Neftçi" - "Zirə" 1:0
Qollar: Ervin Koffi 11
Bakı, "Neftçi Arena" stadionu
Baş hakim: Əliyar Ağayev
Turun daha bir oyunu fevralın 28-də baş tutacaq
19:00 "Qəbələ" - "Qarabağ"
Qəbələ, Şəhər Stadionu.
Bundan əvvəl turun iki oyunu baş tutub:
"Sabah" – "Kəpəz" 3:2
"Səbail" - "Araz-Naxçıvan" 2:2