Super ulduz daha 1 il "Real"da qalacaq
Bu gün Çempionlar Liqasının finalında "Borussiya" Dortmundla qarşılaşacaq "Real Madrid" azarkeşlərini şad xəbərlə sevindirib.
Sportline.az xəbər verir ki, Kral klubu 38 yaşlı müdafiəçi Luka Modriçlə müqaviləni daha 1 il uzadıb.
Klubdan rəsmi açıqlamanın gələn həftə veriləcəyi bildirilib.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən İspaniya klubunun şərəfini qoruyur.