"Tayson Fyuri karyerasını bitirməlidir"

IBF versiyası üzrə dünya çempionu Daniel Dübua Tayson Fyuri haqqında fikrilərini bölüşüb.

Sportline.az xəbər verir ki, ağırçəkili boksmu həmvətəninə tövsiyyəsini bildirib.

"Fyurinin əla karyerası olub. Düşünürəm ki, artıq onun rinqdən getmək vaxtıdır. O, hər şeyə nail olub. İndi mənim zamanım yetişib. Ağır çəkinin lideri özüm olacağam", - deyə Dübua "YouTube"dakı "SecondsOut" kanalına müsahibəsində fikrini açıqlayıb.

Qeyd edək ki, Tayson Fyuri mütləq çempionluq uğrunda revanş döyüşündə də hakimlərin qərarı ilə Aleksandr Usikə uduzub.