Təhlükəsizlik tədbirləri gücləndirildi

Avroliqa rəhbərliyi yeni mövsümün təhlükəsiz şəraitdə təşkil edilməsi üçün müyyən tədbirlər layihəsi hazırlayıb.

Sportline.az xəbər verir ki, yeni qaydalar əsasən koronavirusla bağlı məsələlərə aiddir.

Qurumla 38 klub arasında əldə olunan razılığa əsasən, komandalar gigiyena qaydalara xüsusi şəkildə əməl etməlidir. Hər bir klubun həkimləri ilə yanaşı xüsusi virusoloqu olmalıdır.

Basketbolçular hər oyundan 3 gün əvvəl koronavirus testindən keçməlidirlər. Bununla yanaşı, bir komandanın oyunu koronavirusa görə 3 dəfədən artıq təxirə salına bilməz.