Tiqao Alkantara keçmiş klubuna dönə bilər
"Liverpul" klubunda çıxış edən futbolçu Tiaqo Alkantara yenidən keçmiş klubunda çıxış edə bilər.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Barselona" 32 yaşlı yarımmüdafiəçi üçün rəsmi təklif göndərməyə hazırlaşır.
Maliyyə problemi olan "kataloniyalılar" Tiaqo Alkantarayla razılıq əldə edərək icarə əsasında komandaya dönməsini istəyəcəklər.
Qeyd edək ki, ispaniyalı futbolçu zədə üzündən "Liverpul"da istənilən performasını göstərə bilmədiyi üçün komandadan ayrılacağını bildirib.