Tofiq Musayev Bakıdakı UFC turnirində fərqli çəkidə döyüşəcək
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində başqa çəki dərəcində mübarizə aparacaq.
Sportline.az xəbər verir ki, idmançı və Qırğızıstandan olan rəqibi Mıktıbek Orolbai 75 kq çəki dərəcəsində döyüşməyə razılıq verib.
Onlar daha əvvəl 70 kq-da üz-üzə gəlməli idilər. Lakin rəsmi çəkiölçmə mərasimində hər ikisi buna uyğun gəlməyib.
“UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.
Gecənin əsas görüşündə Camal Hill və Halil Rountri üz-üzə gələcək.