"Tofiq Musayev yaxşı idmançıdır, məndən sürpriz görəcəksiniz"

Qırğızıstandan olan MMA döyüşçüsü Mıktıbek Orolbai Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, o, mətbuat konfransında yarışa hazır olduğunu bildirib.

İdmançı azərbaycanlı rəqibi Tofiq Musayevlə qarşılaşmaya hazır olduğunu vurğulayıb:

"Bu dəfə də siz məndən sürpriz görəcəksiniz. Tofiq də yaxşı idmançıdır. İki aydır ki, bu görüşə hazırlaşıram".

O, sərt döyüşdən çəkinmədiyini sözlərinə əlavə edib:

"Hamımız bunu birlikdə görəcəyik".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.