Tomas Tuxel: "Arzularımız var və növbəti mərhələyə adlamaq üçün cəsarətli futbol oynamalıyıq"

Futbol üzrə Dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulur.

Sportline.az xəbər verir ki, Norveç millisi İngiltərə komandası ilə üz-üzə gələcək.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel mətbuat konfrasında bu fikirləri səsləndirib;

"Meksika ilə keçirdiyimiz son gərgin matçda azlıqda qalsaq da, xarakter göstərərək 1/4 finala adlamaqla çox böyük və vacib bir addım atdıq. Komandada hazırda çox yüksək mübarizə əzmi, birlik, qələbə aclığı və əsl ingilis futboluna xas olan o inadkar xarakter var. İndi turnirin ən həyəcanlı və həlledici mərhələsinə qədəm qoyuruq, lakin bütün müsbət emosiyaları geridə qoyub tamamilə irəliyə baxmalıyıq. Qarşımızda Braziliyanı turnirdən kənarlaşdırmış, fiziki cəhətdən olduqca aqressiv və özünə güvənən çox təhlükəli bir Norveç dayanıb. Onların heyətində hər an fərqlənə bilən, əsl qol maşını olan Erlinq Haaland kimi hücumçu var və onu dayandırmaq əsas vəzifəmiz olacaq. Yarımfinal hədəfimizə çatmaq üçün matçın ilk dəqiqəsindən son saniyəsinə qədər meydanda maksimum taktiki nizam-intizam nümayiş etdirməliyik. Biz hələ də acıq, hələ də böyük arzularımız var və növbəti mərhələyə adlamaq üçün cəsarətli futbol oynamalıyıq", - deyə T.Tuxel bildirib.

Qeyd edək ki, Norveç - İngiltərə matçı 12 iyul gecə saat 1-də başlanacaq.

Banner