Topu özü ilə evə apardı

Fransa millisinin hücumçusu Usman Dembele DÇ-2026-da Norveçə qarşı keçirilən oyundan sonra diqqətçəkən addımı ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, fransalı futbolçu Norveç üzərində qazanılan 4:1 hesablı qələbədə het-trik etdiyi matçın topunu özü ilə aparıb.

Beləliklə, Dembele karyerasındakı daha bir het-trikin topunu şəxsi kolleksiyasına əlavə edib.

Qeyd edək ki, Fransa millisi Norveçi 4:1 hesabı ilə məğlub edərək qrup mərhələsini lider kimi tamamlayıb. Dembele isə matçın 7, 20 və 32-ci dəqiqələrində qol vurub.

Banner