"Toronto" qalib gəldi, "Mayami" uduzdu

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti gün azarkeşlər daha 7 oyuna şahidlik ediblər.

Maraqla gözlənilən "Toronto Reptors" - "İndiana Peysers" görüşü "birincilər"in qələbəsi ilə yekunlaşıb. "Mayami Hit" isə "Atlanta Houks"a məğlub olub.

Nəticələri diqqətinizə çatdırırıq:

"Çikaqo Bulls" - "Bruklin Nets" - 100:117

"Los Anceles Klippers" - "Orlando Məcik" - 106:96

"Minnesota Timbervulfs" - "Los Anceles Leykers" - 108:86

"Atlanta Houks" - "Mayami Hit" - 106:85

"Oklahoma Siti Tander" - "Vaşinqton Uizards" - 98:116

"Toronto Reptors" - "İndiana Peysers" - 121:105

"Feniks Sans" - "Şarlott Hornets" - 113:119