"Tottenhem" "Everton"dan 40 milyon avro tələb edir
"Everton" "Tottenhem"in brazilyalı hücumçusu Rişarlisonu heyətinə qatmağı düşünür.
Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki, London klubu Rişarlison üçün 40 milyon avro tələb edir.
27 yaşlı futbolçunun "Tottenhem"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rişarlison 2018-2022-ci illər ərzində "Eveton" klubunda çıxış edib.