"Tottenhem" klubu ingiltərəli sağ cinah müdafiəçisini satışa çıxarıb
"Tottenhem" klubu 23 yaşlı sağ cinah müdafiəçisi Diced Spinsini satışa çıxardığını açıqlayıb.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, London klubu "Lids Yunayted"də icarə əsasında çıxış edən və komandaya geri qayıdan Diced Spensi üçün gələn ilk təklifi qəbul edəcəyini açıqlayıb.
"Lids Yunayted" klubu futbolçunu mövsüm sonunadək icarə əsasında trasnfer etsə də Diced Spensinin istənilən performansı vermədiyni açıqlayaraq yolları ayırmaq qərarına gəlib.
Qeyd edık ki, Diced Spensi bu mövsüm "Lids Yunayted" formasıyla 14 oyunda meydana çıxıb.