"Tottenhem" Konor Qallaqer üçün 40 milyon avro təklif edib

"Tottenhem" klubu Konor Qallaqer üçün İngiltərə klubuna 40 milyon avro təklif edib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Çelis" klubu 2025-ci ilədək müqaviləsi olan futbolçunu transfer etmək barədə düşünməsi üçün vaxt tələb edib. 

23 yaşlı yarımmüdafiəçi Konor Qallaqer "Tottenhem" klubunun təklifini geri çevirib və "zadəganlar"dan ayrılmaq istəmədiyini açıqlayıb.

Qeyd edək ki, Konor Qallaqer bu mövsüm "Çelsi" forması ilə çıxdığı 22 oyunda 4 asistlə yadda qalıb.