“Tottenhem” yeni baş məşqçi axtarışına çıxıb
Ange Postekoğlu ilə yollarını ayıran "Tottenhem" yeni baş məşqçi axtarışına çıxıb.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, bu posta əsas namizəd kimi "Brentford"un baş məşqçisi Tomas Frank göstərilir.
Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Tomas Frankın rəhbərlik etdiyi "Brentford" ötən mövsümü Premyer Liqada 56 xalla 10-cu pillədə başa vurmuşdu.