"Tottenhem"in Reşford planı
"Aston Villa"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Markus Reşford "Tottenhem"in maraq dairəsinə düşüb.
Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, "Tottenhem" Reşford üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.
27 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Reşford bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 11 qol 9 asistlə yadda qalıb.