"Trabzonspor" 25 milyon avro gəlir əldə edəcək
"Trabzonspor" klubunin vitse-prezidenti Nevzat Kaya yeni sponsorla 25 milyon avroluq müqavilə imzalayacağqlarını açıqlayıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Nevzat Kaya açıqlamasında:"Qısa müddət ərzində klubun büdcəsinə 80 milyon avro əlavə edə bildik. Bu qazancı borclarla yox sponsor qazanaraq bacardıq. Heç bir klub gəliri olmadan ayaqda dura bilməz. Bunun üçün də yeni sponsor axtarışlarımız davam edir. Bu ayın sonundaək 25 milyon avroluq yeni müqavilə imzalayacağıq",-deyib.
Qeyd edək ki, "Trabzonspor" klubu Türkiyə Super liqasında 30 xalla 3-cü pillədə qərarlaşıb.