"Trabzonspor" baş məşqçisi ilə yollarını ayırdı

"Trabzonspor" baş məşqçisi Hüseyn Çimşirlə yolları ayırıb.

Sportline.az xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında xitam verilib.

"Bordo-mavilər" çempionatın 33-cü turda çempionluğu əldən verib. Komanda 62 xalla 2-ci sırada qərarlaşıb.