"Trabzonspor" kamerunlu futbolçu üçün 4 milyon avro təklif edib

"Trabzonspor" "Renn"in kamerunlu stoperi Kristofer Vooh üçün 4 milyon avro təklif edib.

Sportline.az xəbər verir ki, bu haqda insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

23 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Kristofer Vooh bu mövsüm 21 rəsmi matçda iştirak edib.