Yunis Belhanda "Adana Demirspor"dan ayrılmaq istəyir

"Adana Demirspor"un mərakeşli yarımmüdafiəçisi Yunis Belhanda "Trabzonspor" klubunda çıxış edə bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,  33 yaşlı təcrübəli futbolçunun meneceri "Trabzonspor" kulubunun rəhbərliyi ilə görüşərək Belhnadanı təklif edib.Komandanın baş məşqçisi Abdullah Avcı isə transferlə bağlı qərarını verməyib.

Yunis Belhanda 2017-ci ildən bu yana Türkiyə Super liqasında 165 matça çıxıb və 36 qol, 30 asistlə yadda qalıb. 

Qeyd edək ki, Yunis Belhanda 2017-ci ildə "Dinamo Kiyev" klubundan "Qalatasaray"a transfer olunmuşdu.