"Trabzonspor" nigeriyalı futbolçu ilə yollarını ayıra bilər
"Trabzonspor" klubunun nigeriyalı hücumçusu Paul Onuaçu yenidən İngiltərə Prmyer liqasına dönə bilər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 29 yaşlı futbolçu üçün İngiltərənin "Nottingem", "Brentford" və "Vesthem Yunayted" klubları təklif göndəriblər.
"Trabzonspor" klubunda icarə əsasında çıxış edən futbolçu mövsüm sonunda komandanı tərk edə bilər. Prezident Ərtoğrul Doğan Onuaçuyla bağlı açıqlamasında :"Biz qalmasını istəyirik, amma qalıcı olaraq transfer etmək üçün imkanımız yoxdur. İcarə əsasında oynaması üçün danışıqlara başlamışıq",-deyib.
Qeyd edək ki, Paul Onuaçu "Trabzonspor" forması ilə çıxdığı 14 oyunda 8 qol, 2 asistlə yadda qalıb.