"Trabzonspor" Şeydayevi icarəyə verməyə hazırlaşır

"Trabzonspor" Azərbaycan millisinin üzvü Ramil Şeydayevi icarəyə verməyə hazırlaşır. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş məşqçi Ərsun Yanalın tələbi ilə yeni hücumçu axtarışına çıxan “Trabzonspor” “Aston Villa”nın oyunçusu Libor Kozakla danışıqlar aparır. Çexiyalı forvardı havayı heyətinə qatmağa hazırlaşan Qara dəniz təmsilçisi əvəzində Ramil Şeydayevi qış fasiləsində icarəyə vermək qərarına gəlib. Futbolçunun karyerasını harada davam etdirəcəyi hələ dəqiqləşməyib.

Qeyd edək ki, yay fasiləsində “Zenit”dən ayrılaraq “Trabzonspor”a keçən Ramil Şeydayev Superliqa klubunun heyətində nadir hallarda meydana çıxır.