"Trabzonspor" şokda, "Qalatasaray" Avropa Liqasında

İdman Arbitiraj Məhkməsi (CAS) Türkiyənin "Trabzonspor" klubunun şikayətinə baxıb.

Sportline.az xəbər verir ki, açıqlamada Trabzon təmsilçisinin UEFA-dan aldığı 1 illik cəzanın qüvvədə qaldığı qeyd edilib.

UEFA Maliyyə Feyr-Pley qaydalarını pozan "Qaradəniz fırtınası"nı 1 illik cəzalandırmışdı. Bu səbəbdən "Trabzonspor" növbəti mövsüm vəsiqə qazandığı Çempionlar Liqasına qatıla bilməyəcək. Əvəzində Super Liqada 3-cü yeri tutan "Beşiktaş" qitənin bir nömrəli klub turnirində çıxış edəcək.