"Trabzonspor" UEFA Gənclər Liqasının finalında

Türkiyənin "Trabzonspor" klubunun U-19 komandası tarixi uğura imza atıb.

Sportline.az xəbər verir ki, Türkiyə təmsilçisi UEFA Gənclər Liqasında finala yüksəlib.

Trabzonlular yarımfinalda Avstriyanın "Zalzburq" klubuna 2:1 hesabı ilə qalib gələrək finala adlayıb. 

"Trabzonspor" finalda "AZ Alkmar" - "Barselona" cütünün qalibi ilə qarşılaşacaq.