Trevoh Çaloba İtaliya klubunun hədəfində

İtaliyanın “İnter” klubu “Çelsi”nin müdafiəçisi Trevoh Çalobahın transferində maraqlıdır.

Sportline.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, Milan təmsilçisi ingiltərəli futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq üçün vəziyyəti yaxından izləyir.

Bundan əlavə 25 yaşlı müdafiəçinin bu yay “Çelsi”dən ayrılması gözlənilir. “İnter” isə onun mümkün transferi üçün variantları dəyərləndirən klublardan biridir.

Qeyd edək ki, Trevoh Çalobah “Çelsi” akademiyasının yetirməsidir və əsas komandada çıxış etdiyi dövrdə etibarlı oyunu ilə diqqət çəkib. O ötən mövsüm 52 oyun keçirib,3 qol və 1 asistlə yadda qalıb.

Müqavilə müddəti 2028-cilin ortalarındək nəzərdə tutulub.

Banner