Tunisli futbolçu Avropa klublarının diqqətini cəlb edib
"Mançester Yunayted" klubunun tunisli yarımmüdafiəçisi Hannibal Medjbri komandadan ayrıla bilər.
Sportline.az idman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi üçün "Sevilya" və "Frayburq" klublarının təklif göndərdiyi bildirilib.
"Mançester Yunayted" rəhbərliyi isə futbolçunun yalnız icarə əsasında transferinə icazə veriləcyini bildirib.
Qeyd edək ki, Hannibal Medjbri bu mövsüm "Mançester Yunayted" formasıyla çıxdığı 10 oyunda 1 qolla yadda qalıb.