"Turan Tovuz" - "Araz-Naxçıvan" görüşünün nəticəsi bilindi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun ötən gündən təxirə salınmış "Turan Tovuz" - "Araz-Naxçıvan" görüşü 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportline.az xəbər verir ki, saat 12:00-da başlayan görüş 81-ci dəqiqədən davam edib. 89-cu dəqiqədə isə Ayxan Quseynov fərqlənib.
Meydan sahibləri bu nəticədən sonra xallarının sayını 22-yə çatdırıb və "Sabah"la birlikdə 6-7-ci yerləri bölüşür.
Naxçıvan klubu 26 xalla beşincidir.
Qeyd edək ki, oyun ötən gün işıq dirəklərindən birinin aşmasına görə təxirə salınmışdı.