Sumqayıt" "Səbail"i məğlub etdi, Tovuzda oyun yarımçıq dayandırıldı

Azərbaycan Premyer Liqasında II dövrənin son turunun oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Tovuzda keçiriləcək. Saat 16:00-da start götürəcək görüşdə "Turan Tovuz" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək.

Günə Sumqayıtda yekun vurulacaq. Burada şəhərin eyniadlı komandası "Səbail"lə qarşılaşacaq. Oyun saat 18:30-da başlayacaq.

Azərbaycan Premyer Liqası
XVIII tur
23 dekabr (şənbə)

16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” 2:1 (İkinci hissə)
Qollar: 
Xəyal Nəcəfov, 5, Bruno Qonçavles, 16 - İsmail Azzaui, 58
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu

18:30. “Sumqayıt” – “Səbail” (1-0)

Qol: Adi Mehremiç 70 (avtoqol)

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”