“Turan Tovuz” klubu paytaxt təmsilçisinin iki futbolçusunu icarəyə götürüb
“Turan Tovuz” klubu “Neftçi”nin iki futbolçusunu icarəyə götürüb.
Sportline.az xəbər verir ki, bunlar İsmayıl Zülfüqarlı və Fərid Yusiflidir.Hər iki futbolçu cari mövsümün sonuna qədər icarə əsasında “Turan Tovuz”un formasını geyinəcəklər.
Qeyd edək ki, İsmayıl Zülfüqarlı bu mövsüm cəmi 9, Fərid Yusifli isə 2 matçda meydana çıxıb.