"Turan Tovuz"a qalib gələn "Zirə" gümüş medalları təmin edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIII turuna bu gün bir oyunla start verilib.

Sportline.az xəbər verir ki, "Zirə" açılış matçında "Turan Tovuz"a qalib gəlməklə (1:0) gümüş medalları təmin edib.

Hesabı 48-ci dəqiqədə Salifu Suma açıb. 59-cu dəqiqədə Qismət Alıyev birbaşa qırmızı vərəqə ilə meydandan qovulsa da, "Zirə" qələbə hesabını sonadək qoruyub.

Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Rəşad Sadıqovun komandası xallarının sayını 67-yə çatdırıb. Tovuz təmsilçisi 49 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, XXXIII tura mayın 4-də yekun vurulacaq.