"Turan Tovuz"un rəqibi müəyyənləşdi
Mövsümün qalan hissəsinin hazırlıqlarını Antalyada davam etdirəcək "Turan Tovuz"un ilk rəqibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, əyalət təmsilçisi Türkiyədəki ilk oyununu Özbəkistan təmsilçisi "Nasaf"a qarşı keçirəcəklər.
Türkiyədə ümumilikdə 3 sınaq matçına çıxacaq Tovuz komandası "Nasaf"la yanvarın 15-də qarşılaşacaq.
Qeyd edək ki, 18 tura 22 xal toplayan Ayxan Abbasovun komandası Misli Premyer Liqasının turnir cədvəlində 7-ci pillədə mövqe tutub.