Türkiyə Futbol Federassiyası "Qalatasaray"ı cəzalandırıb

"Qalatasaray" klubu azarkeşlərinin "Fənərbağça" ilə görüşdə etikadan kənar hərəkət etməsin görə Türkiyə Futbol Federassiyası tərəfindən cəzalandırılıb.

Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, azarkeşlər hakim və rəqib klubun futbolçularına qarşı etikadan kənar hərəkət etdiyi üçün "sarı-qırmızılar" 1 milyon Türkiyə lirəsi dəyərində cərimə ödəməli olub. 

"Qalatasaray" klubunun rəhbərliyi isə bu cəzaları ödədikdən sonra :"Futbolda belə şeylər olur. Amma, azarkeşlərin emossiyalara qapılaraq hərəkət etməsi klubun günahı deyil. Qərar verərkən düşünün",-deyib.