Türkiyə Futbol Federassiyasının istefa verən prezidenti ötən gecə baş verən hadisələrlə bağlı açıqlama verib

Türkiyə Futbol Federassiyasının istefa verən prezidenti Mehmet Büyükekşi hadisələrlə bağlı ilk açıqlamasını verib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Mehmet Büyükekşi açıqlamasında :"Mən bu hadisələrin bilərək olunduğunu düşünürəm. 1 ay ərzində klub prezidenti hakimi döydü, digər klub prezidenti komandasını oyundan çıxardı. Aşağı liqa təmsilçisinin rəsmisi evində güllələndi, indi də bu hadisə. Yaşanan hər şeyin planlı şəkildə olduğunu düşünürəm",-deyib. 

Qeyd edək ki, Mehmet Büyükekşi ötən gecə istefa verdiyini rəsmən açıqlamışdı.