Türkiyə klubu futbolçusuyla yollarını ayırıb
Türkiyə Super liqasında çıxış edən "Çaykur Rizespor" klubu sol cinah müdafiəçisi ilə ayrılmaq qərarına gəlib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Alberk Koç uzun müddət çıxış etdii klubdan ayrılıb. "Rizespor" klubu rəsmi səhifədə futbolçuyla bağlı paylaşım edərək uğurlar arzulayıblar.
Qeyd edək ki, Alberk Koç bu mövsüm "Rizespor" forması ilə çəmi 31 dəqiqə yaşıl meydanlarda çıxış etdiyindən ayrılmaq qərarına gəlib.