Türkiyə klubu italiyalı futbolçuyla razılaşıb
Türkiyənin "Fatih Karagümrük" klubu italiyalı futbolçu Andre Bertolaccini heyətinə qatıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İtaliya B seriyasında çıxış edən"Kremonaze" klubunun yarımmüdafiəçisi yenidən Türkiyə Super liqasına qayıtmağı qəbul edib.
Andre Bertolacci 3-cü dəfə "Fatih Karagümrük"də çıxış edəcək.
Qeyd edək ki, Andre Bertolacci "Kremonaze" forması ilə çıxdığı 8 rəsmi matçda 1 qolla yadda qalıb.