Türkiyə klubunda baş məşqçi istefası

Türkiyə Superliqasında mübarizə aparan "Göztəpə"nin baş məşqçisi Tamer Tuna istefaya göndərilib. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisin istefası rəhbərlik tərəfindən qəbul olunub.

Qeyd edək ki, "Göztəpə" ölkə çempionatında 9 turdan sonra 9 xalla 15-ci pillədədir.