Türkiyə klubunda yeni baş məşqçi

Türkiyə Superliqa təmsilçisi "Göztəpə"nin yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Tamer Tunanın istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə İlhan Palut təyin edilib. Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Göztəpə" hazırda ölkə çempionatında 12 xalla 12-ci pillədə qərarlaşıb.